Azərbaycanın Milli Etalon Vaxtı

00:00:00.000
UTC+4 Bakı

Vaxt və tezlik etalonu əsasında formalaşdırılan UTC(AZ) vaxt şkalasının Beynəlxalq Ölçülər və Çəkilər Bürosunun (BIPM) Koordinasiyalı Universal Vaxtına (UTC) metrologiya izlənilməsi təmin edilir.

10⁻¹³ Nisbi tezlik sabitliyi
UTC (AZ) Milli vaxt şkalası
BIPM Beynəlxalq izlənilirlik
24/7 Fasiləsiz yayım

Etalon vaxt nədir?

Bu səhifədə göstərilən vaxt Azərbaycan Metrologiya İnstitutunun Vaxt və tezlik etalonu tərəfindən yaradılır. Etalon fasiləsiz olaraq beynəlxalq referans şkalalarla müqayisə olunur və Koordinasiyalı Universal Vaxta (UTC) izlənilirliyi rəsmi şəkildə təmin edilir. Nəticədə əldə olunan UTC (AZ) — ölkə daxilində elm, telekommunikasiya, maliyyə əməliyyatları və rəsmi vaxt sinxronizasiyası üçün istinad mənbəyidir.

Ünvan və əlaqə vasitələri

Çağrı Mərkəzi

8771

(+994) 12 514 96 06

Ünvan

Elçin İsaqzadə küçəsi, 7-ci köndələn, Nərimanov rayonu, Bakı, Azərbaycan, AZ1029